"Qəbələ"nin baş məşqçisi Yuri Syomin baxışda olan bir futbolçunun oyununu bəyənib.
İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, rusiyalı mütəxəssis tacikistanlı futbolçu Erqaş Davronun "Maltepespor"la oyunundakı çıxışından məmun qalıb və onunla çox güman ki, müqavilə imzalanacaq.
25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanacağı da əldə etdiyimiz məlumat içərisindədi.
Qeyd edək ki, Davronun son klubu Qazaxıstanın "Jetusi" klubu olub. Tacikistan millisində 29 oyuna çıxan futbolçu burada 2 qola imza atıb.