22 Dekabr 2024
Kateqoriyasız

“Qəbələ” “Krasnodar” üçün başlayır

Azərbaycan Premyer Liqasının 6-cı turunda “Rəvan”la matçın ertəsi günü paytaxtda səhər məşqinə çıxan “Qəbələ” bir günlük istirahətdən sonra bu gün bir araya gələcək.

İdmanxeber.com-un məlumatına görə, ötən turda meydana çıxanların bərpa, digərlərinin tam məşq etdiyi son hazırlıqdan fərqli olaraq sentyabrın 28-də komanda birlikdə çalışacaq. Sabahkı axşam məşqi ilə “Qəbələ”  Avropa Liqasının qrup mərhələsinin II turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlığına start verəcək. Roman Qriqorçukun komandasının paytaxtda iki gün məşq etməsi planlaşdırılıb. Sentyabrın 30-da səfərə yollanacaq komanda oyunöncəsi məşqini matçın keçiriləcəyi stadionda gerçəkləşdirəcək.

Xatırladaq ki, II turun “Krasnodar” – “Qəbələ” oyunu oktyabrın 1-də baş tutacaq. Bakı vaxtı ilə saat 00:05-də başlayacaq qarşılaşma “Kuban” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43