Mövsümün ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən “Qəbələ”nin əvəzedicilər komandası toplanış çərçivəsində ilk yoxlama oyununu keçirib. Rusiya təmsilçisi “Lokomotiv”lə (Moskva) üz-üzə gələn “qırmızı-qaralar” 0:2 hesabilə məğlub olub. Tərəflər ilk hissədə heç-heçəyə razılaşsalar da, “Lokomotiv” ikinci hissədə 2 dəfə fərqlənməyi bacarıb.
Xatırladaq ki, “Qəbələ” matçın ilk hissəsində əvəzedici heyətlə, ikinci hissədə isə U-19 komandası ilə meydançaya çıxıb.
Luis Araqonun yetirmələri növbəti oyunu yanvarın 23-də Küveytin U-21 yığmasına qarşı keçirəcək.