Dünən yarımmüdafiəçi Cavid Hüseynovu rənglərinə bağlayan “Qəbələ” bu gün sıralarını daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, slovakiyalı müdafiəçi Pavol Farkas ilə birillik müqavilə imzalanıb. Farkas “Qəbələ”də 26 nömrəli forma ilə çıxış edəcək.
27 mart 1985-ci ildə anadan olan Farkas futbolçu karyerasına 2003-cü ildə Slovakiyanın “Nitra” klubunda başlayıb. 2007-ci ilə qədər adıçəkilən komandanın şərəfini qoruyan müdafiəçi daha sonra “Petrjalka” (Slovakiya, 2007-2008), “Vasluy” (Rumıniya, 2009-2012), “Kyevo” (İtaliya, 2012) və “Ternana”nın (İtaliya, 2013) formasını geyinib.
Pavol Farkas 3 dəfə Slovakiya milli komandasının heyətində yer alıb.