İdman

“Qəbələ” yaxşı rəqib idi” – “Dinamo”nun baş məşqçisi

“Hazırlığımızın ən çətin həftələridir. Çünki ilk həftə ilə müqayisədə daha çox çalışırıq. Bütün oyunçuların matçda iştirakı çox yaxşı oldu. Gözəl oyun alındı.Ən önəmlisi çox çalışdıq və görüşü zədəsiz başa vurduq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Dinamo”nun (Zaqreb) baş məşqçisi Nenad Beliça “Qəbələ”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“Əlbəttə ki, qalib gəlmək xoşdur, çünki komandada əhval-ruhiyyəni qaldırır. Yaxşı rəqib idi, amma biz çox qol imkanları yaratdıq, rəqibə isə buna imkan vermədik. Hər şeydən razı qaldım. Bu gün 22 oyunçumuzun hamısı sağlamdır. Çox yaxşı komandamız var” – deyə o bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43