Ölkə futbolu

“Qəbələ”də A-dan Z-yə hər kəs – FOTO

Hazırda davam edən “Qəbələ” – “Rapid” matçını izləyənlər arasında əyalət klubunun vitse-prezidenti Fariz Nəcəfov, klubun sabiq baş məşqçisi, Tale Heydərovun müşaviri Toni Adams, baş menecer Zaur Axundov və “Qəbələ” futbol klubunun akademiyasının sabiq direktoru Ali Yavaş da var.

İdmanxeber.com-un məlumatına görə, demək olar ki, klubun prezidenti Tale Heydərovdan başqa bütün klub rəsmiləri bu matçı izləyir. Hazırda “Qəbələ” üçüncülük uğurunda “Rapid”lə görüşdə rəqibinə 0:2 hesabı ilə məğlub olur.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43