Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində “Qarabağ”a iki cavabsız qolla məğlub olan “Qəbələ” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-un məlumatına görə, əaylət klubunun futbolçusu Ürfan Abbasov Ağdam təmsilçisi ilə matçın 13-cü dəqiqəsində zədələnərək yerdə qalıb. Matçı davam etdirə bilməyən oyunçu yerini Müşfiq Teymurova buraxıb.
Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, futbolçunun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.