“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan və Ruslan Abışovu rənglərinə bağlayan “qırmızı-qaralar” Cavid Hüseynovu da sıralarına qatıb. Ötən mövsüm “Bakı”da top qovan yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. Hüseynov yeni komandasında 14 nömrəli forma ilə çıxış edəcək.
9 mart 1988-ci ildə anadan olan Cavid peşəkar futbolçu karyerasına 2004-cü ildə “Turan”da start verib. Hüseynov daha sonra MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə) və “Bakı” kimi klubların şərəfini qoruyub.
Cavid Hüseynov Azərbaycan milli komandasının heyətində 37 oyun keçirib və 1 qola imza atıb.