“Oyunun çətin keçəcəyini bilirdik. Əzmkar oyun sərgiləyib çətin səfərdə 1 xal qazandıq. Ancaq deyim ki, 2 xalımızı hakim əlimizdən aldı. Son saniyələrdə qol buraxdığımıza üzülürəm. Qol vurduğum üçün isə çox sevinirəm”.
Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Rəvan”ın futbolçusu Tural Qürbətov deyib.
“Qəbələ” ilə oyunda komandasının yeganə qolunu vuran futbolçu hakimin onları sıxdığını bildirib:
“Oyuna 5 dəqiqə əlavə etmək çox idi. Gərəksiz 5 dəqiqə… 2 xalımızı əlimizdən aldılar. Bizi çox sıxdılar. Düzdü, onlar bizim futbolçulara qarşı kobud oynayırdı, yıxılırdıq. Ancaq hakim oyunu saxlamırdı. Biz isə onlara toxunmamış saxlayırdı. Düzgünlük olmadı”.
Qeyd edək ki, “Qəbələ” – “Rəvan” matçı 1:1 hesabı ilə başa çatıb.