31 Yanvar 2023
Milli komanda

“Qəbələ”nin 5 futbolçusu millidə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verən yığmanın heyətində “Qəbələ”nin futbolçuları da yer alıb. Belə ki, hazırlıqlarda “qırmızı-qaralar”ın 5 üzvü iştirak edir. Bunlar Qismət Alıyev, Ramil Hasanov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə və Roman Hüseynovdur.

Yığmamızın toplanış çərçivəsində 2 yoxlama oyunu keçirməsi də nəzərdə tutulub. Milli komanda yanvarın 14-də Almaniyanın “Rot-Vayss” (Erfurt), 2 gün sonra Qazaxıstanın “Okjetpes” klubları ilə görüşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Azərbaycan – Çexiya oyunu sloveniyalılara həvalə olundu

admin

Azərbaycan – Belarus 1:2 – VİDEO

admin

Azərbaycan – İsrail matçının hakimləri müəyyənləşdi

admin