Kateqoriyasız

“Qəbələ”nin forması satışa çıxarıldı

Avroliqanın qrupunda yarışan “Qəbələ” formalarını satışa çıxarıb.

İdmanxeber.com-unklubun saytına istinadən yaydığı xəbərə görə, forma alan hər bir azarkeşə Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” – “Borussiya” oyunu üçün bilet veriləcək. Bundan başqa, ilk bileti alan şəxsə “Sarar” firmasının kostyumu və klubun futbolçularının imzaladığı forma hədiyyə ediləcək.

Formaları “Go Sport” İdman Malları Mağazasından əldə etmək mümkündür (Ünvan: Neftçilər pr. 151, Port Baku Mall, 3-cü mərtəbə).

Bundan əlavə oktyabrın 20, 21 və 22-i paytaxtın müxtəlif məkanlarında səyyar satış nöqtələri təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43