“Qəbələ” UEFA Avropa Liqasının qrup mərəhləsinin II turunda səfərdə “Krasnodar”la üz-üzə gələcək.
Rusiya səfəri öncəsi “Qəbələ”nin futbolçuları İdmanxeber.com-a açıqlamalarında iddialı danışıblar:
Ürfan Abbasov: “Krasnodar” güclü rəqibdi. Çalışırıq, oyuna ciddi hazırlaşırıq ki, yaxşı oyun sərgiləyib, nəticə qazanaq. Qrupumuzda yer alan hər 3 komanda güclüdü. Ancaq hər şey özümüzdən asılıdı. Çalışacağıq ki, hamısından xal alaq”.
Ruslan Abışov: “Krasnodar”ın heyətində səviyyəli futbolçular var. Bu komanda Rusiya Premyer Liqasında istənilən güclü rəqiblə mübarizə aparmaq gücündədi. Ən azından Rusiyadan 1 xalla qayıtmaq fikirindəyik. Çlaışacağıq ki, bu qrupda çoxlu xal yığaq”.
Rəşad Sadıqov: “Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanaq. Nə qədər çətin səfər olsa da, qələbə qazanmağa çalışacağıq. Bizim komanda artıq səfərdə də uğurlu çıxış etməyə alışıb. Buna görə də, “Krasnodar”la oyunda əsas hədəfimiz qələbədi. Rusiyada qələbəyə oynayacağıq. 3 xal üçün mübarizə aparacağıq ki, qrupdan çıxa bilək”.
Dodo: “Krasnodar” səfərində uğurlu nəticə əldə etməyə çalışacağıq. Bizim üçün rəqibin önəmi yoxdu. Futbolu 11 nəfər 11 nəfərə qaşrı oynayır. Bizim üçün ən yaxşı nədisə onu səfər matçında qazanmağa çalışacağıq”.
Qeyd edək ki, “Krasnodar” – “Qəbələ” matçı oktyabrın 1-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.