UEFA Avropa Liqasına ilk dəfə vəsiqə qazanan “Qəbələ” mübarizəni elə ilk mərhələdəcə dayandırdı.
İdmanxeber.com-un məlumatına görə, Bosniya və Hersoqovinanın “Şiroki Briyeq” klubuna iki oyunun cəmində 0:5 hesabı ilə uduzan “Qəbələ” hazırda Hollandiyada təlim-məşq toplantısındadı və bu futbolçular da özlərindən qat-qat az məvacibə oynayan oyunçulara acizcəsinə uduzublar.
Bosniyalılar qapı çərçivəsinə dəqiq zərbə vura bilməyən futbolçularımıza güldülər. Maraqlıdı, bizimkilər niyə və nəyə gülür?