Avroliqadakı təmsilçimiz “Qəbələ”nin qrup mərhələindəki rəqibləri olan komandalar bu gün ölkə çempionatlarında növbəti matçlarını keçirəcəklər.
İdmanxeber.com-un məlumatına görə, Almaniya Bundesliqasında mübarizə aparan Dortmund “Borussiya”sı “Şalke” ilə derbi matçı keçirəcək. “Signal İduna Park”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 18:30-da baş tutacaq.
Yunanıstan Super Liqasında mübarizə aparan PAOK 10-cu tur çərçivəsində “Pantratikos”u qəbul edəcək. Sözügedən qarşılaşma 19:15-də baş tutacaq.
Rusiya Premyer Liqasında mübarizə apran “Krasnodar” 15-ci tur çərçivəsində Moskva ÇSKA-sını qəbul edəcək. Matç saat 18:00-da baş tutacaq.