"Qəbələ"nin yeni transferi rumıniyalı Andrei Kristeanın idmanxeber.com saytına müsahibəsi.
– "Qəbələ"yə gəlişin necə oldu?
Burada hər kəs pozitivdi. "Qəbələ" haqqında başqa klublardan məlumat aldım və hətta kubokun finalına da baxdım. Bu komanda ilə bu il çempion ola biləcəyimizi düşünürəm. Təbii ki, əgər alınsa (gülür)
– Azərbaycan futbolu haqda bura gəlməmişdən öncə nə bilirdin?
Azərbaycan futbolunun səviyyəsi yaxşıdı. İnanıram ki, qarşıdakı illərdə bundan da daha yaxşı olacaq.
– Səninlə eyni vaxtda həmvətənin Adrian Ropotan da "Qəbələ"yə transfer olundu…
Bəli. Mənim "Xəzər Lənkəran"da oynayan Adrian Skarlatake, eləcə də Pulxac kimi dostlarım var.
– Yəqin ki, xəbərin var. "Qəbələ" bu il Avropa Liqasında debüt edəcək.
Mən Rumıniyada yaxşı bir klubla avrokuboklarda oynamışam. Ümumilikdə 34 oyun Avroliqa, Çempionlar Liqasında oynamışam. Bu mənim üçün ilk olmayacaq və buna görə ümidliyəm. İnanıram ki, Avropa Liqasında "Qəbələ"ylə tarix yaza bilrərik.
– "Qəbələ"yə gəlməmişdən öncə hansısa Azərbaycan klubundan sənə təklif gəlmişdi?
Mən başqa klublar haqqında danışmaq istəmirəm. Hazırda "Qəbələ"dəyəm və artıq buranın futbolçusuyam.