“Borussiya” (Dortmund) klubunun hücumçusu Pyer-Emerik Obameyanq mövsümün sonunda komandadan ayrıla bilər.
İdmanxeber.com-un məlumatına görə, bu xəbəri “Daily Mail” yazıb.
Qabonlu futbolçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Cari mövsüm hücum xəttində problemlər yaşayan “qırmızı-şeytanlar” yayda Obameyanqı transfer etməyi planlaşdırır.