Şirvan şəhər mərkəzi stadionunun son görüntüləri yayılıb.
İdmanxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan görüntülərdən stadionun tamamən baxımsız və yararsız vəziyyətdə olduğu görünür. Hətta meydanın içində qoyunların var-gəl etdiyini də demək olar.
Paylaşımı Şirvan şəhər sakini Həsən Həsənov edib. O, məsələ ilə bağlı ölkə başçısına müraciət etdiyini və Gənclər və İdman naziri Azad Rəhimovun görüşündə olduğunu bildirib.
Həsənov görüş zamanı nazirin ona maliyyə probleminə görə köməklik göstərə bilməyəcəklərini də söyləyib.