22 Dekabr 2024
Kateqoriyasız

Qriqorçuk: “5:0 hesabı ilə qalib gələ bilərik”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsində “Krasnodar”la səfər oyunu öncəsi mətbuat konfransı keçirib. 

İdmanxeber.com-un məlumatına görə, o, jurnalistləri maraqlandıran sualları cavablandırıb.

– Komandanız “Krasnodar”la oyuna hazırdır?

-Bu matça yaxşı hazırlaşmışıq. Amma hər zaman daha yaxşı olmağa çalışırıq.

Start heyəti müəyyənləşdirmisinizmi?

– İlk “11”lik hələlik bəlli deyil. Bunun üçün ilk öncə məşqçilərlə məsləhətləşməliyik. Yəqin ki, bu gün axşam bununla bağlı yekun qərar veriləcək.

– “Krasnodar” Rusiya Premyer Liqasında oynadığı “Terek”lə son maçda çox zəif çıxış etdi. Bu, sizin üçün əlavə üstünlük verirmi?

– Biz bir oyunun nəticəsinə görə “Krasnodar” haqda danışa bilmərik. Əlbəttə,  “Terek”lə matçda zəif çıxış etdilər. Amma əvvəlki oyunlara baxanda rəqib güclü komandadır. Onların təcrübəli baş məşqçisi və yaxşı futbolçuları var. Bu, onların güclü tərəflərindən biridir.

– Rəqib baş məşqçini yaxşı tanıdığınızı söylədiniz. Onun rəhbərlik etdiyi komandaların üstünlüyü nədən ibarətdir?

– Deyə bilərəm ki, “Krasnodar” çox tez qərarlar verə bilir. Rəqibin belə üstün oynamasında isə bu məşqçi çox iş görüb.

– Rəqib baş məşqçiyə hansısa sürpriz hazırlamısınız?

– Biz ilk dəfə deyil ki, sürpriz göstəririk. Çox güclü komandalara da sürpriz etmişik. “Krasnodar”la matçda da hücumda yaxşı oynayıb, rəqibə ən gözəl oyunumuzu göstərməyə çalışacağıq.

– Azərbaycan və Rusiya milli komandaları arasında keçirilən matçlarda ən çox qol vuran Vaqif Cavadovun durumu nə yerdədir?

– Çox böyük bir sual idi. Çünki burda milli komandaların tarixinə toxundunuz. Amma deyəcəyim tək şey onu toyu münasibəti ilə təbrik edirəm.

– Vaqif Cavadovla Floreskunun daha öncə  Rusiya çempionatında oynaması işinizə yaradımı?

– Düşünürəm ki, bu, mənasız bir şeydir. Kimsə, nə vaxtsa Rusiya çempionatında oynayıbsa, ondan məlumat almaq vaxt itkisidir. Biz rəqibi daha yaxşı analiz edib, üzərimizə düşən işin öhdəsindən gəlməliyik.

– Rəqibin daha çox qol vurmağı sizi narahat edir, yoxsa əksinə “Krasnodar”ın  müdafiə xəttində problemlərin olmasından istifadə edəcəksiniz?

-Bunları ayırmaq istəmirəm. Əgər biz rəqibin hücumunun qarşısını alıb, müdafiədəki səhvlərdən istifadə edə bilsək uğur qazana bilərik. Bunlardan ayrı ayrılıqda istifadə etmək olmaz.

-Hansı hesabla qalib gələ bilərsiniz?

-İlk mərhələdə də qeyd etmişdim, yenə də deyirəm – 5:0.

Səxavət Qurbanov, Krasnodar


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43