29 Dekabr 2024
Kateqoriyasız

Qriqorçuk: “Başa düşə bilmirəm ki, niyə yerli-əcnəbi bölgüsü aparmalıyıq? “

“Qrup mərhələsində pis çıxış etmədik. İşləyəcəyimiz materialın nədən ibarət olduğunu gördük. İrəli baxmalı və öz üzərimizdə çalışmalıyıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis “Bu oyunda olmazdı ki, yerli futbolçulara daha çox şans verərdiniz?” sualını belə cavablandırıb:

“Mən başa düşə bilmirəm ki, niyə yerli-əcnəbi bölgüsü aparmalıyıq? Komanda şəklində çıxış edirik. Bunun müzakirəsini anlaya bilmirəm. Komandada kim hazır olursa, o da meydana çıxır. Başqa variantı düşünə bilmərik. Çempionatda reqlament başqa cürdü, orda yerli oyunçulara şans veririk”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43