19 Sentyabr 2024
Ölkə futbolu

Qubalılar Azərbaycan çempionatında fərq yaratdı

Azərbaycan II Liqasında III tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun ən çox azarkeş qeydə alınan matçı Qubada keçirilib. “Hypers Quba”nın “Lerik”i məğlub etdiyi görüşü (6:0) tribunalardan 400 tamaşaçı izləyib. Xatırladaq ki, ötən ev oyununda da Quba təmsilçisi azarkeş sayına (1200) görə hər kəsi üstələmişdi. 

III Turun ən az tamaşaçısı isə “Şahdağ Qusar” – “Şimal” matçında (2:1) qeydə alınıb. Şamaxıda baş tutan qarşılaşmanı 20 nəfər izləyib.

Tutun digər qarşılaşmalarında qeydə alınan tamaşaçı sayı belədir:

“Göygöl” – “Şəmkir” – 0:3, Göygöl OİK stadionu. 30 tamaşaçı.

“Qusar” – “Dinamo” – 0:2, “Kapital Bank Arena” (ehtiyat meydança). 50 tamaşaçı

“Şəki Siti” – “Füzuli” – 1:3, Şəki şəhər stadionu. 100 tamaşaçı

“Ağdaş” – “Araz Saatlı” – 0:1, Ağdaş şəhər stadionu. 100 tamaşaçı

“Şəfa” – “Kür Araz” – 1:1, “ASK Arena”. 60 tamaşaçı

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43