22 Oktyabr 2024
Ölkə futbolu

Qurban Qurbanov: “Əzmkarlıqdan razı qaldım”

Premyer Liqanın II turunda “Qarabağ” səfərdə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib. 

İdmanxeber.com-un klub saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:
“Bu, ilk qələbəmiz idi. “İnter”lə oyunda əzmkarlıqdan razı qaldım. Bu gün futbolçular özlərini yaxşı göstərdilər, onlara təşəkkür edirəm. Növbəti matçlarda da daha yaxşı oyun göstərməyə çalışacağıq. “Sumqayıt”a növbəti matçlarda uğurlar arzulayıram.

Adətən komanda uduzanda azarkeşlərin sayının azalmasını görürük, bugünki oyunda azarkeşlərimiz daha çox idi. Onlara da öz təşəkkürümü bildirirəm”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43