27 İyun 2026
Ölkə futbolu

“Kəpəz” azarkeşlərə bilet satmayacaq

Azərbaycan Premyer Liqasında 2016/2017-ci illər mövsümünün II turu çərçivəsində keçiriləcək “Kəpəz” – AZAL oyununa baxmaq üçün arenaya giriş pulsuz olacaq. 

İdmanxeber.com-un məlumatına görə, klub rəhbərliyi “sarı-göylər”in yeni çempionatda Gəncədə ilk ev oyunu olduğundan stadionda bilet satışını həyata keçirməyəcək.

Xatırladaq ki, klub rəhbərliyi tərəfindən ötən mövsümün əvvəlində də eyni addım atılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43