Premyer Liqanın 21-ci turunda “Qarabağ” doğma meydanda AZAL-a (2:1) qalib gəldi. Ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanovun matç haqda fikirləri ilə sizi tanış edirik:
“Həm ağır, həm də gözəl oyun oldu. Çempionatda ən ağr oyunlarımızdan birini keçirtdik. Azarkeşlər də çox yaxşı dəstək verdilər. AZAL oyunun tempini aşağı saldı. Ancaq biz topla daha çox oynadıq”.