Dünya futbolu

Qurban Qurbanov: “Bakıda belə məğlub olmaq mənə pis təsir etdi”

Avroliqanın qrup mərhələsinin V turuna yekun vurulub

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” doğma meydanda “Sportinq”i qəbul edib. Oyundan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallırını cavablandırıb. O, əvvəlcə oyun barəsində fikirlərini bildirib:

“Çox üzücü bir məğlubiyyət aldıq. Bu gün rəqibin gücü tam bilindi.Onlar ən yaxşı oyunlarından birini oynadılar. Bəzən belə komadalara qarşı yaxşı oyun göstərmək istəsək də, bu alınmır. Danışılacaq bir şey yoxdur. Rəqib bizdən çox üstün idi”.

-Komandanın oyunundan razı qaldınız ?

-Təbii ki, yox

-Ən çox nədən narazı qaldınız ?

-Rəqib bizdən çox üstün idi. Hansısa mövqedə yaxşı oynadıq desəm, doğru olmaz. “Sportinq” komandası ölkənin uşaq futbolunda bir nömrəsidir. Onlar bu işdə hamıdan zirvədədir. Avropa futbolu bizlə müqayyisədə bundan daha da artıqdır. Özümüzü aldatmaqdan deyil. Biz çox zəifik. Bəli, müəyyən oyunlarda xarakter göstərib nəticələr qazanmışıq. Lakin bu, həmişə olmur. Belə komandalar səhvləri bağışlamır.

-Kosovo ilə oyunda da eyni fikirləri səsləndirdiniz. Baş məşqçi kimi, ağlınızda hər hansı bir inkişaf planları varmı ?

-Bəli, belə bir söz demişdim. Bu, həqiqətdir. Bu gün inkişaf barədə düşünsək gərək yenidən başlayaq. Belə klubların səviyyəsi göz qabağındadır. Onların çempionatı, uşaq futbolu çox yüksəkdir. Bunu hər oyunda görürük. Futbol o səviyyəyə çatıb ki, bütün komandalar fərqli də məğlub ola bilir. Mənə ən çox təsir edən Bakıda belə məğlub olmağımızdır. Ancaq hər şey davam edir. İstənilən halda böyük bir inkişaf olmalıdır.

-Oyunçular şəhidlərin övladları ilə meydana çıxdılar. Bunun davamı niyə olmadı? Bu, yetərincə motivasiya olmalı idi...

Belə məğlubiyyətlərdə bu cür fikirlər olur. İstəməzdim ki, belə qollar buraxaq. Özümüzü düzgün çıxartmaq istəmirəm. Öz imkanlarımızı axtarırdıq. İlk hissədə pis də alınmadı. Rəqib topla çox yaxşı oynadı. Onlar oyun boyu daha üstün olan tərəf idi. Yeni baş məşqçisin gəlişi onlara yaxşı təsir göstərib. Bizdə oyuna motivasiya yetərincə idi. Lakin bunu sona kimi saxlaya bilmədik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43