22 Dekabr 2024
Kateqoriyasız

“Bizim buna etiraz etməyimiz doğru olmaz” – Qurban Qurbanov

“Oyunçularımı təbrik edirəm. Qalib gəlməklə yanaşı yaxşı oyun göstərdilər. Bəlkə hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq elə də asan olmadı. “Keşlə” komandası oyunboyu bizə təzyiq göstərdi. Ancaq oyunçularımın mübarizəsindən razıyam. “Keşlə” komansaına uğurlar arzulayıram. Mövsüm başlayandan rahat oyun olmayıb. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Və biz hamısna hazır olmalıyıq”.

Bu sözləri “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində evdə keçirilən “Keşlə” matçı sonrası deyib. O, daha sonra komandanın dekabr ayından bu yana qazandığı böyükhesablı qələbələr barədə də danışıb:

“Biz özümüz göstərmək üçün yox, sadəcə işimizi görürük. Hər oyuna peşəkar yanaşırıq. Belə hesablar dünya futbolunda da olur. Ən böyük turnirlərdə belə böyük hesablar qeydə alınır. Dekabr kimi bizdə çox çətin dönəm idi. Bu, həmişə belə olur. Ancaq yenə də hər oyuna yaxşı hazırlanmağa çalışırıq. Bu oyun dediym kimi heç də asan olmadı. Biz bütün hesablara hazır olmalıyıq. Qətiyyən arxayınçlılq olmamalıdır”.

Təcrübəli mütəxəssis kubokun finalının Naxçıvanda keçiriləcəyi barədə çıxan söz-söhbətlər isə belə münasibət bidlirib:

“Bu, biz klublara aid olan bir qərar deyil. Mən həmişə deyirəmm ki, kubok tamam ayrı bir turnirdi. Hər kəs yaxşı stadionda, yaxşı şəraitdə oynamağı istəyir. Bizim buna etiza bildirməyimiz doğru olmaz. Hansı qərar verilsə, biz gedib oynamalıyıq. Ola bilsin bölgəlrədə futbolun inkişafı üçün bu addımı atırlar. Finala çıxsaq, harda olamağından asılı olmayaq gedib oynacayıq”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43