22 Dekabr 2024
Kateqoriyasız

Qurban Qurbanov: “… bu, futbolçulara da psixoloji olaraq pis təsir edə bilər”

Avropa Liqasının qrup mərhələsində  “Dnepr”lə görüşdə qalib gələn”Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matç barədə fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəlu mütəxəssis bu fikirləri səsləndirib:

“Ağır oyun oldu. Düşünürəm ki, matçın sonları daha gərgin keçdi. Yaxşı komandaya qarşı oynadıq. Rəqib topla yaxşı davranır. Azarkeşləri təbrik edirəm. Yerli komandanın azarkeşləri çox olsaydı, oyun daha maraqlı keçə bilərdi. İndidən ikinci pilləni tutacağımızı söyləmək tezdir. Gəlin, ikinci pillə haqda yox, qarşıdakı oyunu fikirləşək. Bakıdakı oyun daha ağır keçəcək. Bu görüşə daha ciddi hazırlaşacağıq. Mətbuatda qrup mərhələsini ikinci pillədə başa vura biləcək şansımızın olması barədə yazılar getsə, bu, futbolçulara da psixoloji olaraq pis təsir edə bilər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43