28 Dekabr 2024
Kateqoriyasız

Qurban Qurbanov: “Cərimə zərbələri zamanı…”

“Gözəl və bizim üçün bir o qədər uğurlu oyun alındı. Çox istəyirdik ki, ölkə çempionluğu ilə yanaşı, kubokun da qalibi olaq. Oyun ərzində müəyyən problemlər yaşaya biləcəyimizi söyləmişdim. Hesab 2:1 olanda istər-istəməz narahatçılıq yarandı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çalışdırıcı qələbəyə layiq olduğunu bildirib: “Cərimə zərbələri zamanı rəqib qapımız önündə təhlükə yaradırdı. Amma 3-cü qoldan sonra komanda daha rahat oynamağa başladı. Ağır bir mövsüm keçirdik. Futbolçularım bu qələbəyə layiq idi. Onlar tələb olunan oyunu sərgilədilər. Hər birinə təşəkkür edirəm, uğurlar arzulayıram. Peşəkar Futbol Liqasına da belə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43