“Son vaxtlar başıma gələn hadisələr elə qərar verməyə gətirib çıxardı ki, sanki “Qarabağ”dan başqa, heç yerdə işləmək istəmirəm”.
İdmanxeber.az xəbər verir, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin suallarını cavablandıran Qurbanov, “gələcəkdə Azərbaycan millisini çalışdıra bilərsizmi” sualına da cavab verib:
“Bəzən çox şey istəyə bilərik. Amma bizdən asılı olmayan məqamlar var ki, “yox” deyə bilmərik. Bütün qüvvəmi Azərbaycan futboluna vermək istəyirəm. “Qarabağ”a o qədər bağlanmışam ki, başqa heç yerdə işləmək istəmirəm. Amma məndən asılı olmayan nüanslar da var. Hər bir halda, vətənimiz üçün xidmət edirik. Gələcəkdə məni millidə görə bilərsiz, ya yox, bu suala konkret fikir bildirə bilməyəcəm”.
Qurbanov 2017-18-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.