AFFA-nın İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında müzakirə ediləcək məsələlər dəqiqləşib.
İdmanxeber.com-un xəbərinə görə, bu haqda qurumun rəsmi saytının az əvvəl yaydığı açıqlama bildirilib.
Qeyd edilib ki, noyabrın 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək iclasda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi olacaq. Bundan başqa, “Avro-2020”nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya təqdim ediləcək.
Saat 9.30-da başlanacaq iclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.
Qeyd edək ki, sabahkı iclasda “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun millinin baş məşqçisi təyin ediləcəyi barədə xəbərlər yayılıb. Amma bu xəbərlərlə əlaqədar rəsmi açıqlama verilməyib.