Kateqoriyasız

Qurban Qurbanov: “Onlara öz təşəkkürümü bildirmək istəyirəm”

Topaz Premyer Liqasının 17-ci turunun maraqlı görüşlərindən biri Lənkəranda baş tutdu. Bu oyunda “Qarabağ” “Xəzər Lənkəran”ı 3-2 hesabı ilə məğlub etdi.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçı belə şərh edib:

“Fanatlar üçün çox maraqlı oyun alındı. Onlara öz təşəkkürümü bildirmək istəyirəm. Həmişə bizə dəstək olurlar. Nəticəyə gəldikdə, çox vacib 3 xalı qazandıq. Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra nəhayət ki, qələbə qazandıq. “Xəzər Lənkəran” komandasına uğurlar arzulamaq istəyirəm. Biz isə qarşıdakı oyunlara hazırlaşıb, lazım olan nəticəni qazanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43