Kateqoriyasız

Əfran İsmayılov: “Bu oyunla nə çempionluqdan danışa bilərik, nə də UEFA-ya getməkdən”

“Fikirləşib bir nəticə çıxarmaq lazımdı. Bu oyunla nə çempionluqdan danışa bilərik, nə də UEFA-ya getməkdən. “Qarabağ” bu gün yaxşı oyun göstərmədi öz səhvlərimizdən uduzduq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”a 2:3 hesabı ilə məğlub olan “Xəzər Lənkəran”ın futbolçusu Əfran İsmayılov deyib:

“Rəhbərlik qışda həm hücum xəttinə, həmdə müdafiə xəttinə yaxşı futbolçular alınacağını söyləyir məncə bu yaxşı olar. Maliyə problemini qətiyyən yoxdu. Sonuncu ayın maaşları qalıb onu da indi götürərik. Mən Lənkərandan getmək haqda fikirləşmirəm amma istəyərəm ki, UEFA-da mübarizə aparan klublardan birində oynayım”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43