“Qarabağ” futbolçusu Şəhriyar Əliyevin “Kəpəz”də çıxış etməsinə qarşı gəlmədi.
Bu barədə İdmanxeber.com-a Ağdma klubunun üzvü Şəhriyar Əliyev deyib. Futbolçu qeyd edib ki, o,baş məşqçi Qurbasn Qurbanovla söhbətdən sonra Gəncə klubunda çıxış edə biləcəyini dəqiqləşdirib:
“Qurban müəllim sağ olsun ki, mənim oynamağım üçün “Kəpəz”ə getməyimə razı oldu. Əgər problem çıxmasa yeni mövsümdə “Kəpəz”də oynayacam”.
Qeyd edək ki, Ş.Əliyev “Kəpəz”də icarə əsasında çıxış edəcək.