24 Dekabr 2024
Kateqoriyasız

Qurban Qurbanovun oğlundan qol şousu, “Qarabağ”dan qələbə

Futbol üzrə Azərbaycan I Divizionunda III tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, sonuncu oyun günündə də üç görüş baş tutub.
“Zirə-2”-nin qonağı olan “Qarabağ”ın əvəzedici komandası rəqibini darmadağın edib. Bu oyunda Ağdam təmsilçisinin əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu – Musa Qurbanlı het-triklə yadda qalıb.
Tovuzun “Turan” komandası “Neftçi-2″ni məğlub edib.
“Qaradağ Lökbatan” – “Ağsu” matçından qol səsi çıxmayıb.
I Divizion
III tur
14 sentyabr
“Zirə-2” – “Qarabağ-2” 1:7
Qol: Tapdıq Əhmədov, 41-pen – Müşfiq İlyasov, 9-öz qapısına. İzzət Müştaqov, 14. Musa Qurbanlı, 28; 52-pen; 75. Nihad Tamazov, 61. Cavid Bayramov, 76.
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Kərim Zeynalov, Cahangir Yusifzadə.
“AZAL Arena”.
“Neftçi-2” – “Turan Tovuz” 0:1
Qol: Emin Bağırov, 20.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
“ASK Arena”.
“Qaradağ Lökbatan” – “Ağsu” 0:0
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
İlk oyun günündə qeydə alınan nəticələr belədi: “Kəpəz” – “Sumqayıt-2” 1:1, “Səbail-2” – “Sabah-2” 3:1, MOİK – “Keşlə-2” 3:2. III turda “Zaqatala” komandası istirahət edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43