Mövsümün sonunda böyük ehtimalla “Mançester Siti”nin baş məşqçisi olacaq Pep Qvardiola “şəhərlilər”in heyətində dəyişiklik edəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə “The Telegraph” nəşri yazıb.
Komandanı Uilfrid Boni, Eliakim Manqalya və Martin Demiçelis tərk edəcəklər.
Qvardiola müdafiənin mərkəzinə Emerik Laport (“Атletik”) və Con Stounzu (“Everton”) gətirmək istəyir.
Bunlardan başqa, Mançester klubu yayda “Lester”li Ceymi Varidyə də diqqətini yönəldəcək.