Ölkə futbolu

Rəşad Sadıqov: “Çempionatda 5-6 səviyyəli hakim var”

“Gərgin oyunun şahidi olduq. Oyuna yaxşı köklənmişdik. Meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir. Bunu oyunun gedişatında hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi “Səbail”lə bundan da vacib oyun gözləyir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz” oyunu (1:0) sonrası deyib. O, daha sonra VAR-a təyin edilən əcnəbi hakimlər barəsində danışıb:

“Məsələ bizim hakimərin səhv etməsi ilə bağlı deyil. Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə biz öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu praktikanı Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz oldu. O zaman xaricilərə ehtiyac qalmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43