Uğursuzluq zolaqından çıxa bilməyən "Xəzər Lənkəran" 3 yeni futbolçu transfer edir.
Bu barədə İdmanxeber.com saytına açıqlamasında Hüseyn Cəbrayıloğlu deyib.
"Ağ-yaşıllar"ın rəsmisi bildirib ki, bu 3 futbolçudan ikisi braziliyalıdı:
"3 futbolçu transfer edəcəyik. Bunlardan ikisi braziliyalıdı. Digər bir nəfər isə Avropadandı. Avropalı futbolçu ilə öncədən də danışıqlar gedirdi. Sadəcə bu danışıqlarda müsbət sonluğa yaxınlaşmaq olmurdu. Ancaq indiki hal da hər 3 futbolçunun keçidi 80-90% həll olunub. Braziliyalıları Mario Souza bəyənib. Ad açıqlaya bilməyəcəm. Çünki bu transferlə alınmayanda hər kəs deyir ki, yalan vədlər verirlir. O üzdən rəsmiləşdikdən sonra tam söz demək olar. Onu deyə bilərəm ki, bu 3 yeni futbolçunun transferində bəzi detallar qalıb".