“İlk dəqiqələrdən rəqibin müdafiə olunacağını gözləyirdik. Hətta bütün komanda ilə müdafiə olunurdular. Müdafiədən hücum qurmaqda problem yaşadıq. Hesab iki sıfır olmamışdan öncə epizodlarımız var idi, istifadə edə bilmədik. Müdafiədə boçluqlatımlz var, onları düzəltməliyik. Oyunçlarımız ikinci hissədəki oyunu məni qane etdi. Çalışacağıq ki, bunu cavab oyunda da davam etdirək”.
Bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin “Bney Yahuda” oyunu sonrası deyib. O, daha sonra belə davam edib:
“Bu gün məni tənqid də edə bilərsiniz, tərif də. İlk hissədə səhvlər etdik, rəqib də bizi cəzalandırdı. Oyunu düzgün qiymətləndirmək lazımdır. “Arsenal”la oyunla müqayisədə bu komanda ilə çox fərq var. Onlar futbol oynayırdı, bu rəqib isə ancaq müdaifə olnurdu. Rəqibin bu oyun üslubuna görə Platellasla başladıq. Çünki Platellas yaradıcı oyunçudur. O, hər an hər şeyi edə bilər.
Rəqibi qarşı hazırlığımız bir gün olmayıb. Həftəboyu hazırlanmışdıq. Sosial şəbəkədə deyilənlər və müəyyən açıqlamalar bizə təsir edə bilməz. Bu oyuna yaxşı hazırlaşmışdıq.
Deməzdim ki, bu gün müdafiədəki səhvlərdən qol buraxdıq. Biz hücuma mərkəzdən qurmaq istəyirdik. O da bizə baha başa gəldi. Ancaq oyunçular xarakter göstərdi. Ümid edirəm ki, səfərdə də eyni əzmkarlığı göstərib, növbəti mərhələyə biz yüksələcəyik.
Mən aqressiv insan deyiləm. Rəqib komandanın oyunçuları ikinci hissədə futbol oynamadılar. Bunun da təsirsi var idi. Hamı qələbə üçün hazır idi, bunun üçün dəstək də yetərincə oldu.
Mbodj uzun ötürmələrdə başla oynamağı bacarır. Ona görə onu oyuna buraxdım. Hücumda daha da təhlükəli olmağımız üçün”.