Konfrans Liqasında “Makkabi” ilə qarşılaşacaq “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun İsrailə yollanmasından xəbərdarsınız.
İdmamxeber.az xəbər verir ki, 40 yaşlı mütəxəsssis Təl-Əviv klubunun Toto” kubokunda “Netanya” ilə matçını izləyib.
Sadıqovla yanaşı, onun köməkçisi Eltun Yaqublu da Təl-Əvivdə matçı izləyənlər arasında olub.
Əsas və əlavə vaxtı qolsuz başa çatan “Makkabi” (Təl-Əviv) – “Netanya” matçının qalibini penaltilər seriyası müəyyənləşdirib. Son zərbələrdə dəqiq olan “Netanya” qələbə qazanıb.