Kateqoriyasız

“Qarabağ”ı “Sürix”dən daha şanslı görürlər

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “Qarabağ” öz meydanında İsveçrənin “Sürix” kollektivi ilə qarşilaşacaq.

İdmanxeber.az-ın məlumatına görə, iyulun 19-da keçiriləcək matçda favorit kimi “Qarabağ” göstərilir. Dünyanın məşhur bukmeker kontorları “köhlən atlar”ın qələbə şansını cuzi də olsa isveçrəlilərdən daha real görür. Belə ki, bu matç üçün “Qarabağ”ın qələbəsinə 2.44, “Sürix”ə isə 2.94 əmsal açıqlanıb. Görüşün heç-heçə başa çatmasına 3.18 əmsal verilir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Republika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43