“Atletiko” yeni mövsüm üçün ikinci transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, Madrid təmsilçisi “Hetafe”nin qapıçısı Miqel Anxel Moyanı heyətinə qatıb.
30 yaşlı qolkiper tibbi müayinədən keçəndən sonra onunla müqavilə imzalanacaq.