“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində Azərbaycan Xorvatiyaya uduzmamaqla qrupda xalını 5-ə yüksəltdi.
İdmanxeber.com-un məlumatına görə, ötən gün baş tutan matçın ən yaşxı oyunçulaırndna biri olan Rahid Əmirquliyev qələbəni belə şərh edib:
“Oyundan iki gün əvvəl doğum günüm idi. Mənə ən gözəl hədiyyələrdən biri də Xorvatiya ilə oyundan yaxşı nəticə ilə ayrılmaq olardı. Millimizin hər bir üzvünə təşəkkürümü bildirirəm, sona kimi vuruşduq bir yerdə və nəticə əldə etdik. Bu mənim doğum günümə ən gözəl hədiyyələrdən biri oldu. Azarkeşlərə isə ayrılıqda təşəkkürümü birdirirəm ki, son dəqiqəyə kimi bizi dəstəklədilər”.