“Sumqayıt” klubu növbəti transferini həyata keçirib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Rasim Ramaldanovla mövsümün sonunadək müqavilə bağlanılıb.
30 yaşlı oyunçu 99 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rasim Ramaldanov “Simurq” (87 oyun, 2 qol) və “Xəzər Lənkəran”ın (51 oyun, 1 qol) formalarını geyinib. O, 17 dəfə Azərbaycan millisində çıxış edib.