Milli komandamızın üzvü Ramil Şeydayev Avro-2020-nin seçmə mərhələsində Slovakiyaya böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə o, özünün “Feysbuk” səhifəsində yazıb:
“Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz”.
Qeyd edək ki, millimiz Bakıda Slovakiyaya 1:5 hesabı ilə uduzub. Matçda yığmamızın yeganə qolunu R. Şeydayev vurub.