Millimizin futbolçusu Ramil Şeydayev karyerasını başqa Rusiya klubunda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Sport-Express” xəbər yayıb.
Nəşrin iddiasına görə, 23 yaşlı futbolçu Moskva klubu ilə müqavilə bağlamaq üçün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Ramil ötən mövsümün əvvəlindən çıxış etdiyi “Krılya Sovetov”da 18 oyuna 4 qol vurub.