Rusiyanın “Krılya Sovetov” klubu millimizin futbolçusu Ramil Şeydayevə yeni müqavilə təklif etməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına Samara təmsilçisinin müqaviləsinin müddətini uzatmaq istədiyi üç oyunçu arasında 23 yaşlı hücumçu da var. “Krılya Sovetov”un komandada saxlamaq istədiyi digər futbolçular isə Azərbaycan əsilli Aleksandr Səmədov və Maksim Kanunnikovdur.
Qeyd edək ki, Şeydayevin Rusiya təmsilçisi ilə müqaviləsinin müddəti bu mövsümün sonu başa çatır.