Rusiya Premyer Liqasının 25-ci turunda Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” doğma meydanda “Ural”ı qəbul edib.
Qarşılaşma qonaq komandanın qələbəsi ilə sona çatıb – 0:1. Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub. Şeydayev oyunda heçnə ilə yadda qalmayıb.
Qeyd edək ki, “Krılya Sovetov” turnir cədvəlində 27 xalla 13-cü yerdədir.