22 Dekabr 2024
Kateqoriyasız

Rasim Ramaldanov: “Bundan artığını etmək mümkün deyil” – MÜSAHİBƏ

Topaz Premyer Liqasının XIII turunda “Xəzər Lənkəran” doğma meydanında “Neftçi”yə 2-0 hesabı ilə məğlub olub. 

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov jurnalistlərin suallarını cavablandırıb.

-Uzun müddətdən sonra doğma meydanda “Neftçi”yə məğlub oldunuz. Matçla bağlı fikirləriniz necədir?

-Çətin oyun olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq.  Hamımız qələbə haqqında fikirləşirdik. Həqiqətən çətin oldu.

-Rəqib ilk qolu müdafiənin mərkəzindən vurdu. Onları dayandırmaq niyə mümkün olmadı?

-Biz arxayınlaşmamışdıq. Sadəcə, futbolçunu saxlaya bilmədik və bizdən sıyrılıb qol vurdu. Futbolda hər zaman belə şeylər olur.

-Qələbə üçün sizdə nə çatışmadı?

-Nə bilim?! Qələbə üçün çox istəkli idik. Amma sonluğu gətirə bilmədik. Rəqibin cərimə meydançasında dəqiq oynaya bilmıdik.

-Birinci hissədə üstün futbol oynadınız. İkinci hissədə nə baş verdi ki, stünlüyü rəqibə verdiniz?

-Dəyişən bir şey olmadı. Biz bacardığımızı etdik. Həqiqətən mənim üçün çox ağır oyun oldu. Zədədən yeni qayıtmağıma baxmayaraq,90 dəqiqə komandaya kömək etməyə çalışıdım.

-Qışdan sonra komandada dəyişiklik olacaqmı?  Buna söz veriblərmi?

-Dəyişiklik olacaq. Belə heyətlə bundan artığını etmək mümkün deyil.  Buna baxmayaraq yaxşı gənclərimiz var. Onların təcrübə toplamalarına ehtiyac var.

-Komandadakı maliyyə problemlərinin çıxışınıza nə kimi təsiri var?

-Maddi vəziyyəttimiz düzələcək. Rəhbərlik buna söz verib. Bunun oyunumuza heçbir aidiyyatı yoxdur.

-8 ildi doğma meydanda “Neftçi”yə məğlub olmurdunuz.  Bunun üçün təəssüflənirsinizmi?

-Futbolda hər şey olur. Biz əlimizdən gələnin hamısını etdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43