“Axırıncı oyunlarda pis nəticə qazanmadıq. İrlandiyanı məğlub etdik, daha sonra Rusiyadan xal aldıq. Noyabrda iki yoldaşlıq oyunumuz var. O oyunlarda da qələbə qazanmağa çalışacağıq”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Rasim Ramaldanov deyib.
Cənub klubunun müdafiəçisi Berti Foqtsun millidəq qalmasının tərəfdarıdı:
“Məncə, keçmişi yada salsaq, indiki futbolumuz qat-qat güclüdü. Mən istəyərdim Foqts qalsın. Yenə qeyd etmək istəyirəm ki, əvvəlki illərlə müqayisədə millinin oyununda irəliləyiş var. Bunu ən azından son günlərdə keçirdiyimiz oyunlarda hiss etmək olar”.