23 Oktyabr 2024
Dünya futbolu

“Real” Alaba üçün 3 ay da gözləyəcək

“Real”ın müdafiəçisi David Alabanın dizindən aldığı zədədən sonra sağalma müddəti bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçunun oktyabrda qayıda biləcəyi planlaşdırılırdı. Bununla belə, avstriyalının indi yanvarda geri dönəcəyi gözlənilir. Alaba fərdi məşqlərini davam etdirir.

Müdafiəçi 2023-cü ilin dekabrında “Real”ın “Vilyarreal”la oyununda (4:1) zədələnib. Alabaya sol ayağındakı çarpaz bağın yırtılması və menisküsün zədələnməsi diaqnozu qoyulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43