Dünya futbolu

“Real” ispaniyalı futbolçu ilə vidalaşdı

“Real”ın kapitanı Naço Madrid klubundan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, İspaniya millisinin üzvü karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 34 yaşlı müdafiəçinin “Əl-Kadsiah” klubuna keçəcəyi dəqiqləşib.

11 yaşından “Real”da olan Naço başqa heç bir klubda çıxış etməyib. O, 2001-ci ildə əsas komandada debüt edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43